2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması xərcləri 149 mln. 706.6 min manat təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 2,1% azdır.
Eyni zamanda, xərclərin 31,7%-i – 47 mln. 429,3 min manatı agentlərə komissiya haqqlarının ödənişinin payına düşüb (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 6,3%).
41 mln. 103,9 min manat (artım 13,1%) və ya xərclərin 27,5%-i əmək haqqlarının ödənişinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 10 mln. 49,8 min manat (artım 0,8%), sosial ayırmalar – 6 mln. 438,4 min manat (azalma 12,9%), icarə üzrə ödənişlər – 4 mln. 561,5 min manat (azalma 10,5%) təşkil edib.
Bundan əlavə, hesabat dövründə sığorta sektoru 2 milyon 671,8 min manat reklama xərcləyib, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 15,6% azdır.
2018-ci ildə Azərbaycanda sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqlarının ödənişinə 63,5 mln. manata yaxın vəsait xərcləyib (2017-ci illə müqayisədə artım 19,8%). Bütövlükdə, ötən il sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 32%-i agentlərə komissiya haqqlarının ödənişinin payına düşüb. **
Ə.Məmmədov