Azərbaycan prezidenti İlham Əliyev Zoran Milanoviçi Xorvatiyanın prezidenti seçilməyi münasibətilə təbrik edib.
Əliyev təbrik məktubunda Bakı ilə Zaqreb arasında ikitərəfli münasibətlərin gələcəkdə uğurla inkişaf edəcəyinə əminlik ifadə edib.
“Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”, - Azərbaycan prezidentinin saytında dərc olunan məktubda deyilir.
Əliyev Milanoviçə möhkəm cansağlığı, xoşbəxtlik, “dost Xorvatiya xalqının rifahı naminə” qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb. **
X.Nəsirzadə