Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2020-ci ildə ölkədə iqtisadi, nəqliyyat və sosial infrastrukturun yaxşılaşdırılması üzrə işlər davam etdiriləcək.
“2019-cu ildə uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib”, - Əliyev bazar ertəsi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycanda 345 subartezian quyu qazılıb. “2002-ci ildə 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik”, - prezident deyib.
Dövlət başçısı əlavə edib ki, cari il Rusiya, İran, Gürcüstan sərhədləri istiqamətində yeni regional yol layihələri reallaşdırılacaq.
Onun sözlərinə görə, 2019-cu il ərzində 1,3 min kilometr yol çəkilib, baxmayaraq ki ölcə min kilometr planlaşdırılırdı.
“İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir”, - Əliyev bildirib.
Preizdent bəyan edib ki, ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi. “Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi”, - o bildirib.
Bu islahatlar çərçivəsində ötən il minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70% artıb. **
X.Nəsirzadə