2019-cu ildə “Yaşıl dəhliz” sistemindən istifadə edən şirkətlər $8 milyard məbləğində ticarət əməliyyatları həyata keçiriblər. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
2019-cu ildə “Yaşıl dəhliz” sistemini tətbiq edən 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən həm idxalda, həm ixracda 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilib”, - Mehdiyev bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Mehdiyev qeyd edib ki, bu sistemin tətbiqi sahibkarların on milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında qalmasına yönəlib. “Bu layihənin tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən azad olunur”, - o vurğulayıb.
Xəbər verildiyi kimi, DGK 2019-cu il fevralın 1-dən qısa idxal bəyannaməsi sistemi tətbiq edib. Bu da yoxlamaya sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və idxal prosedurunu asanlaşdırır. Bundan əlavə, 2019-cu il fevralın 1-dən Dövlət Gömrük Komitəsi "İxracın elektron idarəetmə sistemi"nin tətbiqinə başlayıb. **
B.Rüstəmbəyov