Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə milli valyutanın məzənnəsinin möhkəmlənməsinə imkan verməmək məqsədilə $700 milyondan yuxarı vəsaiti sterilizasiyası üzrə əməliyyatlar əhəyata keçirib. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“2019-cu ildə Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində qaldı ki, manatın möhkəmlənməsinə təsir göstərməsin”, - Rüstəmov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib..
Onun sözlərinə görə, 6 milyardlıq xarici ticarət profisiti və bütövlükdə xarici valyuta mənbələrinin bazara şaxələnməsi manatın məzənnəsinin sabit qalmasına müsbət təsir edib.
“Ümid edirİK ki, bütövlükdə bir tərəfdən neftin faktiki qiymətinin daha da yüksək olması və valyuta vəsaitlərinin, valyuta gəlirlərinin şaxələnməsi istiqamətində görülən tədbirlər imkan verəcəkdir ki, daha tarazlı valyuta bazarına malik olaq. Düşünürük ki, 2020ci ildə də manatın məzənnəsinin sabitliyi qorunacaq”, - Rüstəmov vurğulayıb.
2019-cu il ərzində manatın ABŞ dollarına nisbətən məzənnəsi dəyişməyib və 1,7 manat/$1 təşkil edib. **
Ə.Məmmədov