2019-cu ildə Azərbaycanda taxıl yığımı 3,5 milyon tonu ötüb. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
“2019-cu ildə taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub ki, bu da ötən ilə nisbətən 6,9% çoxdur”, - Kərimov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
O, həmçinin məlumat verib ki, buğdanın məhsuldarlığı təxminən 32,4% sentner təşkil edib, artım 2018-ci ilə nisbətən 2 sentner çoxdur. **
B.Rüstəmbəyov