2019-cu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 mlrd. 22 mln. 46 min təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 18,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Beləlikə, 2019-cu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi planlaşdırılan $3 milyard məbləğinə çatıb.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,07%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Ötən il Azərbaycan Rusiyaya $731 mln. 826,2 min dəyərində (artım 9,9%) məhsul ixrac edib. Bütövlükdə, 2019-cu il ərzində Azərbaycandan ixracın 3,73%-i Rusiyanın payına düşüb.
2019-cu ildə Rusiyadan Azərbaycana idxalın həcmi $2 mlrd. 290 mln. 219,8 min (artım 21,5%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 16,76% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 mlrd. 558 mln. 393,6 min təşkil edib. **
B.Rüstəmbəyov