Dövlət Sosial Müdafiə Fondu 2019-cu ildə dövlət büdcəsinə 320 milyon manat vəsaitin geri qaytarılmasını təmin edib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozdan 5,4% artıq icra olunaraq 150 milyon əlavə gəlir əldə edildi”, - Babayev Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Nazir qeyd edib ki, elektronlaşma əsassız pensiya və əlillik təyinatlarının ləğvi nəticəsində xərclər proqnozdan 180 milyon manat aşağı oldu. “Bunların nəticəsində 2 dəfə olmaqla ilin ortasında 150 milyon, ilin sonunda isə 170 milyon manat, cəmi 320 milyon manat vəsait dövlət büdcəsinə geri qaytarıldı”, - o vurğulayıb.
Babayev əlavə edib ki, dövlət öhdəliklərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait məbləği bu qədər azaldıldı və sosial islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradıldı.
2019-cu il üçün DSMF-nin gəlir və xərcləri 4 milyard 128,104 milyon manat səviyyəsində təsdiq olunub. **
X.Nəsirzadə