TANAP qaz kəmərinin tiintisi və Türkmənistan qazının idxalı Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində strategiyasının mühüm hissəsi olaraq qalır. Bu barədə Aİ-nin Aşqabaddakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Lyubomir Frebort bəyan edib.
Diplomat qeyd edib ki, fevralın 298-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası Aİ-Türkmənistan ali səviyyədə, Avropa İttifaqının energetika üzrə yeni komissarı ilə bu dialoqu inkişaf etmərmək məqsədilə ikitərəfli görüş imkanı təqdim edir.
2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP işə salınıb. Bununla da Azərbaycandan təbii qazın Türkiyəyə nəqlinə start verilib. 2020-ci ildə isə TAP qaz kəməri ilə Cənubi Avropa ölkələrinə ilk tədarükə başlamaq planlaşdırılır. **
A.Əzizov