Bakıdan Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni avtomobil yolu 2021-ci ilin iyun ayında istifadəyə veriləcək. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) sədri Saleh Məmmədov deyib.
“Hazırda işlər qrafiki qabaqlayır. Bu, 2019-cu ilin noyabr-dekabr aylarında hava şəraitinin yaxşı olması hesabına mümkün olub. 2020-ci ilin may ayında Bakı-Xızı yolunun 30 km-lik hissəsi və Gəndob-Samux yolunun 70 km-lik hissəsini istifadəyə verməyi planlaşdırırıq”, - Məmmədov çrşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yolun qalan 100 km 2021-ci ilin iyun ayında istifadəyə veriləcək.
Prezident İ.Əliyev 2018-ci il fevralın 19-da H.Z.Tağıyev qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni avtomobil yolunun tikintisinə 150 mln. manat (cari məzənnə ilə $88,2 mln.) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu avtomobil yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq və turizmin inkişafına təkan verəcək.**
B.Rürtəmbəyov