2019-cu ilin dekabr ayında Azərbaycanda inflyasiya noyabr ayında qeydə alınmış 0,5%- qarşı 0,5% səviyyəsində qalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin dekabr ayında respublikada inflyasiya 0,5% təşkil edib. Bundan başqa, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb”, - Komitədən bildirilir.
Dekabrın sonuna Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib. Həmçinin, dekabrın sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 3,8%, qeyri-ərzaq malları üzrə - 1,2%, xidmətıər üzrə - 2% təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.**
N.Abbasova