Çərşənbə günü Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm sektorunun etik kodeksini təqdim edib.
“10 maddədən ibarət kodeksdə həm turizm agentlikləri, həm də turistlər üçün tövsiyə və qaydalar öz əksini tapıb”, - Assosiasiyanın sədri Rüfət Hacıyev deyib.
O vurğulayıb ki, kodeksdə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyin təminatı qeyd olunur. Hacıyevin sözlərinə görə, ütün bunlar turistlərin loyallığını artıracaq.
Bundan əlavə, o əlavə edib ki, Assosiasiyanın üzvü olan turizm şirkətləri bundan sonra turizm məhsullarının alışı zamanı müştərilərlə mütləq formada ikitərəfli müqavilə imzalayacaqlar. “Bu, agentliklərin təqdim etdikləri xidmətlərin keyfiyyətini artıracaq. O cümlədən, bu digər turizm şirkətləri üçün Assosiasiyaya daxil olmaq üşün motivasiya olacaq. Hazırda Assosiasiyaya üzv olan şirkətlərin sayı 50 təşkil edir”, - Hacıyev vurğulayıb.
“Kodeksin hazırlanmasında Ümumdünya Turizm Təşkilatının təcrübəsindən istifadə olunub, çünki bu təşkilat turizm sektorunda norma və standartları müəyyən edir”, - Assosiasiyanın mətbuat katibi Orxan Bədəlov deyib.
“Biz yalnız xarici turistlərin loyallığənın artmasına yğönəlməmişik. Assosiasiyanın üzvləri tərəfindən yerli vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi bizim üçün vacibdir”, - öz növbəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib. **
X.Nəsirzadə