2019-cu ildə Azərbaycan dövlət büdcəsinin kəsiri 205,2 milyon manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
Nazirliyin operativ məlumatlarına əsasən, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 24 milyard 199,6 milyon manat təşkil edib (2018-ci illə müqayisədə artım 7,5%).
Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10 milyard 595,1 mln. manat vəsait daxil olub (2018-ci illə müqayisədə artım 16,3%).
Gəlirlərin strukturunda vergi Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 672,1 mln. manat (2018-ci illə müqayisədə artım 3,5%), Dövlət Gömrük Komitəsinin xətti ilə - 4 milyard 408,6 milyon manat vəsait daxil olub (artım 28,4%).
Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 364,3 mln. manat vəsait transfert edilib, digər gəlirlər – 164,5 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri – 590,1 milyon manat təşkil edib.
IV rübdə dövlət büdcəsinin mədaxili 7 milyard 328,4 milyon manat təşkile dib.
2019-cu il ərzində dövlət büdcəsinin xərcləri 24 milyard 408,8 milyon manat təşkil edib (artım 7,4%).
Beləliklə, 2019-cu il ərzində dövlət büdcəsinin kəsiri xərclərin 0,84%-ni təşkil edib.
2019-cu il ərzində dövlət büdcəsinin cari xərcləri 13 milyard 514,4 milyon manat və ya büdcənin bütün xərclərinin 55,4%-ni, əsaslı xərcləri – 9 milyard 366,1 milyon manat (bütün xərclərin 38,4%-ni), dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər – 1 milyard 524,3 milyon manat təşkil edib (bütün xərclərin 6,2%-ni).
Oktyabr-dekabr aylarında büdcə xərcləri 7 milyard 714,2 milyon manat təşkil edib.
Nazirliyin məlumatına görə, 2019-cu il ərzində icmal büdcənin gəlirləri 33 milyard 818,3 milyon manat (artım 9,4%), xərcləri – 26 milyard 475,6 milyon manat, profisiti – 7 milyard 342,7 milyon manat və ya icmal büdcənin gəlirlərinin 21,7%-ni təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat məbləğində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat səviyyəsində proqnozlaşdırılıb.**
B.Rüstəmbəyov