Məlumatda qeyd olunur ki, ADİF yanvarın 23-dən növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə başlayacaq.
“Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək”, - Fonddan qeyd edilib.
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib. Buna səbəb məcmu kapitalının minimum miqdarından az olması kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilməməsidir.
“DəmirBank” 1989-cu ildə yaradılıb və Azərbaycanın aparıcı 15 bankı sırasında olub.
ADİF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. **
A.Əzizov