Azərbaycan prezidenti İlham Əliyev xaricə yüklərin nəqlində Azərbaycan şirkətlərinin iştirakının artırılmasını zəruri hesab edir.
“Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır”, - Əliyev çərşənbə günü nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən bildirib.
Dövlət başçısının rəsmi saytında prezidentin sözləri sitat gətirilir. İ.Əliyev qeyd edib ki, ilk növbədə yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilməsi ilə bağlı təhlil aparılmalıdır.
Bundan əlavə, prezident tır parkına baxış keçirilməlidir, onların vəziyyət, sayı qiymətləndirilməlidir. “Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın”, - Əliyev əlavə edib.
Prezident bu məsələ ilə bağlı nazirə tapşırdı ki, təhlil aparılaraq məlumat verilsin. **
N.Abbasova