“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni gəmisinə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adı veriləcək.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamın bəndlərinin birinə əsasən, ASCO-nun yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı veriləcək.
Bundan əlavə, sərəncama əsasən Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Yusifzadənin adı veriləcək.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov