Çərşənbə günü Ermənistan Silahlı Qüvvələri Azərbaycanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində yenidən atəşkəs rejimini pozublar. Bu barədə Döv¬lət Sərhəd Xidmətindən məlumat verilir.
“Ermənistanın Azərbaycanla sərhəddə təxribatları davam edir. Xüsusilə, 15 yanvar tarixində 16:00 radələrindən başlamaqla Qazax rayonunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu ER-nın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub”, - DSX-nin məlumatında qeyd olunur.
Bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub. **
X.Nəsirzadə