Azərbaycan gömrükçüləri ümumi çəkisi 2,455 min qram narkotik vasitənin Amerika Birləşmiş Ştatlarına göndərilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
“Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına göndərilən, invoys sənədində malın adı "coffee table" göstərilən poçt bağlaması Bakı Karqo Terminalına daxil olub”, - məlumatda qeyd edilir.
Həmin bağlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib. Baxış zamanı, faner lövhələrin altından, təmiz çəkisi 2455 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. **
B.Rüstəmbəyov