2019-cu ildə Gürcüstanda elektrik enerjisi istehsalı 11 milyard 864,7 milyon kVt/saat təşkil edib, bu da 2018-ci ilin göstəricisi ilə müqyisədə 2,3% azdır. Bu barədə “Gürcüstanın elektrik enerjisi sistemi kommersiya operatoru” (ESCO) SC-dən məlumat verilib.
2019-cu ildə elektrik enerjisi idxalı 7,8% artaraq 1 milyard 626,5 milyon kVt/saata çatıb. Ən iri həcm Azərbaycandan idxal olunub – 1 milyard 102 milyon kVt/saat (il ərzində azalma 10,4%).
Gürcüstandan elektrik enerjisi ixracı 2,4 dəfə 243,4 milyon kVt/saata qədər azalıb. Həmçinin, Azərbaycana 12,1 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.
Gürcüstan ərazisi ilə elektrik enerjisinin tranziti yalnız Azərbaycandan Türkiyəyə həyata keçirilib (2018-ci illə müqayisədə artım 10,2 dəfə - 136,2 mln. kVt/saata qədər). **