"AzerGold” QSC-nin məlumatların rəqəmsallaşdırılmasının düzgünlüyünün yoxlanılması və faydalı qazıntı yataqlarının perspektivliyinin təhlili üzrə məsləhətçi qismində “Datum” MMC-ni cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan”a QSC-dən məlumat verilib.
“Bu şirkət 2019-cu ilin dekabr ayında “AzerGold”un keçirdiyi açıq tenderin qalibi olub. “Datum” ilə qeyd olunan işlərin icrasına dair müqavilə imzalanıb”, - cəmiyyətdən qeyd ediblər.
“AzerGold”un məlumatına görə, müqavilənin dəyəri 250,16 min manatdır.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova