«Bank Melli Iran»ın Bakı filialı 2019-cu ildə aktivlərini 10,6% - 98 mln. 718,742 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın filialından məlumat verilib.
2019-cu ildə bankın kredit portfeli 17% - 4 mln. 184,622 min manatadək artıb.
Aktivlərin strukturunda digər banklardakı müxbir hesablar və nağd vəsaitlər daha çox xüsusi çəkiyə malikdir və 59 mln. 665,868 min manat (31 dekabr 2018-ci il tarixinə olan göstərici ilə müqayisədə artım 0,01%), investisiya qiymətli kağızları 22 mln. 815,536 min manat təşkil edir (artım 11,1%).
Eyni zamanda, 2019-cu ildə bankın digər aktivləri 2018-ci ilin sonuna 20 milyon 608,18 min manata qarşı 4 milyon 772,697 min manat təşkil edib.
31 dekabr tarixinə «Bank Melli Iran»ın Bakı filialının öhdəlikləri 62 mln. 124,247 min manata (artım 8,4%) bərabərdir. 2019-cu il ərzində bankın maliyyə institutları qarşısında öhdəlikləri 2,7% – 31 mln. 737,986 min manatadək, müştəri hesabları 41,2% - 11 milyon 947,580 min manatadək artırıb.
2019-cu ilin sonuna bankın kapitalı 36 mln. 594,495 min manat (azalma 31,2%), nizamnamə kapitalı 73 mln. 611 min 171,44 manat (dəyişməyib) təşkil edir.
2019-cu ilin yekunları üzrə filialın xalis zərəri 16 mln. 556,755 min manat məbləğində olub (2018-ci il ərzində onun xalis mənfəəti 2 mln. 140,191 min manat təşkil edib – İF). 2019-cu il dekabrın 31-nə ümumi bölüşdürülməmiş zərər 37 milyon 18,914 min manat həcmində qiymətləndirilir (2019-cu il ərzində artım 80,9%).
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.**
A.Əzizov