Azərbaycan və BMT arasında 2021-2025-ci illər üçün Tərəfdaşlıq Çərçivə sənədinə dair müzakirələr başlayıb.
Cümə axşamı Bakıda yaxın beş il - 2021-2025-ci illərdə Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivələrinin formalaşdırılması məqsədilə ikigünlük seminar öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir.
“BMT ilə əməkdaşlıq çərçivəsində ciddi nəticələr əldə etmişik. Xüsuslə, ƏƏSMN və BMT-nin müvafiq strukturları müxtəlif sahələri əhatə edən 14 layihə reallaşdırır: demoqrafik təhlil, məşğulluq, əlillik, əmək münasibətləri, sosial müavinətlər və s. Bu səbəbdən gələcək dövrə əməkdaşlıq siyasətinin müəyyən edilməsi bizim üçün vacibdir”, - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
12 iyul 2016-cı il tarixində Azərbaycan və BMT arasında 2016-2020-ci illər üçün Tərəfdaşlıq Çərçivə sənədi imzalanıb. Bu sənəd çərçivəsində $72 milyon məbləğində layihələrin reallaşdırılması planlaşdırılır. Sənəddə yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, ASK sektorunda istehsalın artımı, ətraf mühitin qorunması, təbii fəlakət nəticəsində risklərin yumşaldılması və azalması, səhiyyə və təhsil sahələrində inkişaf kimi tədbirlərin keçirilməsini nəzərdə tutur. **
X.Nəsirzadə