Azərbaycan prezidenti İlham Əliyev Vətəndaşlıq Məsələləri Komissiyasının yeni tərkibini təsdiq edib.
Cümə axşamı dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəridir. Beləliklə, hazırda Komissiyanın sədri Samir Nuriyevdir.
Ümumilikdə, Komissiya 11 nəfərdən ibarətdir. Komissiyanın tərkibinə Azərbaycan prezidentinin 2 köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 3 şöbə müdiri, daxili İşlər naziri, xarici işlər naziri, Dövlət Miqrasiya Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Xarici Kəşfiyyat Xidmətinin rəisi daxildir. **
B.Rüstəmbəyov