Azərbaycan 2020-ci ildə uşaqların tərbiyəsi üçün ən yaxşı ölkələrin reytinqində 66-cı və MDB-də 4-cü yerdə qərarlaşıb.
Reytinq Amerikanın “US News & World Report” nəşri, “BAV Group” konsaltinq şirkəti və Pensilvaniya Universiteti nəzdində Vaşinqton məktəbi ilə birgə tərtib olunub.
İllik reytinqin məlumatına görə, ötən illə müqayisədə Azərbaycanın mövqeyi dəyişməyib.
Reytinqdə Azərbaycan aşağıdakı mövqelərə malikdir: “Macəra turizmi” (66-cı yer), “Vətəndaşlıq” (60-cı), “Mədəni təsir” (69-cu), “Sahibkarlıq” (64-cü), “İrs” (69-cu), “İnkişaf drayverləri” (36-cı), "Biznesə başlamaq” (57-ci). **
X.Nəsirzadə