Azərbaycanın baş naziri Əli Əsədov cümə axşamı Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin olunmağı münasibətilə təbrik edib. Bu barədə Azərbaycan Nazirlər Kabinetindən məlumat verilir.
Əsədov təbrik məktubunda birgə səylərlə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsini, qarşılıqlı faydalı ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişlənməsini təmin edəcəyi əminlik ifadə edib.
“Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur. Azərbaycan ölkələrimizin dost xalqları naminə bütün sahələrdə Rusiya ilə konstruktiv dialoqun davam edəcəyinə ümid bəsləyir”, - təbrik məktubunda deyilir. **
X.Nəsirzadə