“AzerGold” QSC kəşfiyyat sahələrindən götürülmüş süxur nümunələrinin geokimyəvi analizi üzrə laborator xidmətlərinə 2 milyon manata yaxın vəsait yönəldəcək. Bu barədə “İnterafks-Azərbaycan”a QSC-dən məlumat verilib.
“AzerGold” müvafiq laborator xidmətlərinin göstərilməsi məqsədilə “ALS Laboratuar Hizmetler LTD/"AQM Quality" MMC-ni cəlb edib. Şirkət ilə artıq müqavilə imzalanıb”, - cəmiyyətdən qeyd olunub.
“AzerGold”un məlumatına görə, müqavilənin dəyəri 1 milyon 947 min 94.93 manatdır.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova