«LUKOIL–Azerbaijan» QSC öz YDM-lərində işləyən personal ücün xüsusi geyim tədarükçüsü seçir. Bu barədə şirkətin tender elanında deyilir.
Satınalınma “LUKOIL” Qrupunun öz təşkilatlarının obyektlərində işləyən personal ücün firmaya aid və xüsusi geyim forması kataloquna uyğun həyata keçirilməlidir. Tender operatorlar, elektriklər, mexaniklər və xadimələr üçün isti qış gödəkcəsi, yay gödəkcəsi, yay və qış ücün kombinezon, yay və qış kepkası, yağış plaşı və xalat alınması üzrə keçirilir.
İşin başlanma vaxtı - 2 mart 2020-ci ildir.
Xüsusi geyim forması 27575-87, 12.4.031-84, 12.4.101-93, 12.4.131-83 saylı DÜİST-nin tələblərinə, texniki şərtlərə cavab verməli, yararlı, antistatik və istifadəyə uyğun olmalıdır. Tender iştirakçılarının texniki imkanları, kontraktın şərtlərinin yerinə yetirilməsini təsdiq edən lazımi sənədləri olmalıdır (xüsusi geyim formasının nümunələri, onların sertifikatları təqdim edilməlidir).
Tender təklifinin təqdim etmə müddəti: 17 fevral 2020-ci il saat 18:00-dək təqdim edilməlidir.
Tenderin (1-ci mərhələ) keçirilmə vaxtı - 18 fevral 2020-ci il saat 11:00.
Əlaqə telefonları: 499412-4974 110, 499412-4974176, e-mail: office@lukoil-az.com.
«LUKOIL–Azerbaijan» QSC ölkədə 1993-cü ildən fəaliyyət göstərir. Şirkət, həmçinin Azərbaycanda ildə 320 min ton neft məhsulunun aşırılmasını təmin edən neft bazasını idarə edir. «LUKOIL–Azerbaijan» 60 YDM-ə malikdir.**
N.Abbasova