Yanvarın 17-də Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edən namizədlərin təşviqat kampaniyasına start verilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Seçkilər fevralın 9-da keçiriləcək.
MSK-dan qeyd olunub ki, seçkilərə maraq böyükdür. “Xüsusilə, 21 siyasi partiya seçkilərdə iştirak üçün namizədlərini irəli sürüb. Bütövlükdə, seçkilərdə rekord sayda namizəd iştirak edir – 1534 nəfər, onlar Azərbaycan parlamentində 125 yer uğrunda mübarizə aparacaqlar”, - MSK-dan vurğulanıb.
Namizədlərin təşviqat kampaniyası fevralın 8-də başa çatacaq.
Azərbaycan parlamentinin deputatları 5 il müddətinə seçilirlər. **
A.Əzizov