“Kapital Bank” 2019-cu ildə aktivlərini 11,5% - 4 mlrd. 143,322 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2019-cu il tarixinə bankın kredit portfeli 1 mlrd. 821 mln. manata (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 21,3% - İF) bərabərdir. Eyni zamanda, 2019-cu ildə “Kapital Bank”ın istehlak kreitləşməsi üzrə portfeli 35,1% - 1 milyard 334,79 minyon manatdək artıb, biznes kreditlər üzrə portefli 7,9% - 433,892 milyon manatadək azalıb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 3 mlrd. 718,268 mln. manat (artım 11,2%) təşkil edir.
2020-ci ilin əvvəlinə bankın depozit portfeli 3 mlrd. 235,996 mln. manata (artım 9,7%), həmçinin fiziki şəxslərin əmanətləri 985,154 milyon manata bərabərdir (azalma 2,1%).
Dekabrın 31-nə bankın məcmu kapitalı 425,054 mln. manat (artım 14,3%), nizamnamə kapitalı 225,85 mln. manat (dəyişməyib) təşkil edir.
2019-cu ildə “Kapital Bank”ın xalis mənfəəti 134,708 mln. manat (2018-ci illə müqayisədə artım 37,4%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).**
A.Əzizov