Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 21-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank yanvarın 21-də keçirəcəyi depozit hərracında 13 gün müddətinə 150 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,76%-7,49% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
Ə.Məmmədov