2019-cu ildə Azərbaycanda əmək qanunvericiliyinin pozulması faktları ilə bağlı 27 cinayət işi açılıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində 2019-cu ildə yerlərdə bir çox operativ vergi tədbirləri keçirilib. Ötən il ərzində 7,294 min pozuntu fakt aşkarlanıb və qanunvericiliyə uyğun olaraq ilk hal olduğu üçün sahibkarlara yazılı xəbərdarlıq olunub. Lakin bundan nəticə çıxarmayaraq təkrarən belə addım atan şəxslərə 268 min manat maliyyə sanksiyası tətbiq olunub, 27 fakt üzrə cinayət işi açılıb”, - Cabbarov cümə günü Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirədə bildirib.
Nazir əlavə edib ki, 2019-cu ildə vergi orqanlarının xətti ilə sosial sığorta haqları üzrə daxilolmalar 2018-ci illəmüqayisədə artaraq 2 milyard 931 milyon manat təşkil edib, proqnoz 105,8% icra olunub.
Azərbaycan Respublikasının baş naziri Əli Əsədov müşavirədə bildirib ki,2017-ci ilin ikinci yarısından 2019-cu ilin sonunadək ümumilikdə 300 minədək əmək müqaviləsinin artımı müşahidə olunub. Təkcə 2019-cu ildə bu göstərici 153 min olub. **
A.Əzizov