Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 150 milyon manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank yanvarın 21-də keçirilən hərracda 150 milyon manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 785,4 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 5,76% təşkil edib”, - bankdan bildirilir.
Vəsaitlər 13 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
Ə.Məmmədov