"Azərsu" ASC quyu qapaqlarının satın alımnasına 435 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "Azertexnolayn" MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri 434,627 min manat təşkil edib.
"Azertexnolayn" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olub. Müəssisə müxtəlif diametrli polad boru istehsalı ilə məşğuldur. Müəssisə ildə 75 min ton müxtəlif diametrli polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar və 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edir.
27 min kavdratmetr isehsal sahəsinə sahib zavodda Amerika, Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. **
B.Rüstəmbəyov