Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi atmosferi öyrənmək və qiymətləndirmək məqsədilə yanvarın 22-23-də Azərbaycana səfər edəcək.
“Nümayəndə heyəti Bakıda Milli Məclisin spikeri Oqtay Əsədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan və digər partiyaların rəhbərləri və nümayəndələri ilə görüş keçirməyi planlaşdırır”, - “İnterfaks-Azərbaycan”a AŞPA-nın mətbuat xidmətindən məlumat verilir.
“Səfərin yekunlarına əsasən nümayəndə heyəti bəyanat dərc etməyi planlaşdırır. Fevralın 9-da keçiriləcək seçkiləri üçün AŞPA-nın tam tərkibdə müşahidə missiyası Azərbaycana gələcək”, - təşkilatdan vurğulanıb.
Azərbaycan parlamentinin deputatları 5 il müddətinə seçilirlər. **
A.Əzizov