Çərşənbə axşamı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisiyə səfəri başlayıb.
“Müdafiə naziri Zakir Həsənov ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək”, - nazirlikdən bildiriblər.
Məlumata əsasən, səfər çərçivəsində Gürcüstanın hərbi və siyasi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır. **
X.Nəsirzadə