2020-ci ildə Azərbaycan vətəndaşlarının sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsinin həcmi 3 milyard manat təşkil edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edir.
“2019-cu ildə Azərbaycan prezidenti İlham Əliyev 4,2 milyon vətəndaşın sosial müdafiəsinə yönələn fərmanlar paketi imzalayıb. Ötən il bu paketin maliyyə yükü 2,3 milyard manat, 2020-ci ildə - 3 milyard manat təşkil edib”, - Babayev rəsmi mətbutda dərc olunan məqaləsində yazır.
S.Babayev vurğulayıb ki, nazirlik Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələrinə mənzil və avtomobillərin təqdim edilməsi prosesini davam etdirəcək.
“Ötən il müharibə əlilləri və şəhid ailələrinə təqdim olunan mənzillərin sayı 934 təşkil edib. Bu il onların sayı 1,5 min olacaq. İndiyədək müharibə əlilləri və şəhid ailələrinə 7,5 min mənzil və fərdi ev təqdim olunub”, - o qeyd edib.
Bundan əlavə, 2019-cu ildə müharibə əlillərinə 600 avtomobil təqdim olunub, bu da ötən il üçün ilkin plandan 3.2 dəfə çoxdur. “İndiyədək müharibə əlillərinə 6,75 min avtomobil təqdim edilib”, - Babayev yazıb. **
X.Nəsirzadə