2019-cu il dekabrın 31-nə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin biznesin kreditləşməsi üzrə portfeli 1 milyard 251,183 milyon manat həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“2019-cu ilin sonuna AMB-nin biznes kreditləri üzrə portfeli 1 milyard 251,183 milyon manat təşkil edib. Ötən ilin əvvəlinə portfel 1 milyard 25,772 milyon manat olub. Beləliklə, 2019-cu il ərzində bank biznes kreditləşməsini 22% artırıb”, - bankdan qeyd olunub.
Ötən il bankın istehlak krdeitləri üzrə portfeli 58% - 508 milyon 753,67 min manatadək artıb.
Bundan başqa, 2019-cu ildə bankın daşınmaz əmlaka kreditlər üzrə portfeli 615 milyon 47,43 min manat təşkil edib (artım 6,9%).
Ümumilikdə, ötən il ərzində ABB-nin krdeit portfeli 23,5% - 2 milyard 374.985 milyon manatadək artıb.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov