Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Zakir Həsənov və İrakli Qaribaşvili 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalayıblar.
Sənəd çərşənbə axşamı nazirlərin Tbilisidə keçirilən danışıqlarının yekunlarına dair imzalanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.
“Görüşdə hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb”, - nazirlikdən vurğulanıb.
Z.Həsənov Tbilisiyə səfəri çərçivəsində həmçinin Gürcüstanın siyasi rəhbərliyi ilə görüşlər keçirəcək. **
B.Rüstəmbəyov