2019-cu ildə Azərbaycanda 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların 64%-i xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Bunu DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.
“Xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb”, - Zeynalov yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
O qeyd edib ki, ötən il qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. **
X.Nəsirzadə