2019-cu ildə Azərbaycanda 37 milyon 517,6 min ton neft hasil edilib ki, bu da 2018-ci ilin göstəricisindən 3,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ildə Azərbaycanda 37 milyon 517,6 min ton neft hasil edilib, bunun 37 milyon 425,8 min tonu əmtəəlik neftin paylna düşüb. 2018-ci ilin göstəricisi ilə müqayisədə neft hasilatı 3,2%, həmçinin əmtəəlik neft hasilatı 3,3% azalıb”, - Komitədən qeyd olunub.
2019-cu ildə Azərbaycanda 35 milyard 591,4 milyon kubmetr qaz hasil olunub (artım 16,3%). Eyni zamanda, əmtəəlik qaz hasilatı 24 milyard 526,7 milyon kubmetr (artım 27,7%) həcmində olub.
Öncə SOCAR şirkəti operativ məlumatlara əsaslanaraq, bildirib ki, 2019-cu ildə Azərbaycanda neft hasilatı 37 milyon 453,702 min ton (azalma 3,4%), qaz hasilatı – 35 milyard 616 milyon 510,185 min kebmetr təşkil edib (artım 17%). **
N.Abbasova