2019-cu ildə Azərbaycanda ÜDM 2,2%, eyni zamanda neft sektorunda 0,4% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2019-cu il ərzində ÜDM-in nominal həcmi 81 milyard 681 milyon manat təşkil edib.
2019-cu il ərzində qeyri-neft sektorunda artım 3,5% təşkil edib.
Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 8 min 247 manat təşkil edib.
Statistik məlumatlara əsasən, hesabat dövründə tikinti istisna olmaqla (azalma 6,1%) bütün sahələrdə artım qeydə alınıb.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 2,3% artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.**
Ə.Məmmədov