Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Davosda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulandı.
Bundan əlavə, prezident İ.Əliyev Xorvatiyanın baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Dövlət başçısının saytındakı məlumata əsasən, söhbət zamanı ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
O cümlədən, İ.Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.
Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə həyata keçirilən layihələri və prioritet sahələrin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Bankın Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanlarının olduğu bildirildi. **
Ə.Məmmədov