2019-cu ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 57 milyard 35 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 7,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 6,5% - 5 min 758,6 manatadək artıb.
2019-cu ildə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 52,5 milyard manat qalır ki, bu da 2018-ci ilin göstəricisindən 7,1% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.**
B.Rüstəmbəyov