2019-cu ildə Azərbaycanda 7 milyard 836,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin göstəricisindən 7,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 4 milyard 85,5 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 751,2 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,5%, bitkiçilik məhsullarının istehsal həcmi 11,7% artıb.
Ötən il ərzində respublikada 573,3 min ton ət (artım 3%), 2 milyon 129,4 min ton süd (artım 2,4%), 1 milyard 827,1 milyon ədəd yumurta (artım 9%), 16,1 min ton yun (artım 1,6%), 643,7 ton barama (artım 25,3%) istehsal edilib.
2019-cu ilin yekunları üzrə Azərbaycanda 3,538 milyon ton dənlilər və dənli paxlalı bitkilər (artım 6,9%), 1 milyon 4,2 min ton kartof (artım 11,7%), 1 milyon 714,7 min ton tərəvəz (artım 12,7%), 447,6 min ton bostan məhsulları (artım 11,4%), 1 milyon 99,7 min ton meyvə və giləmeyvə (artım 8,8%), 201,8 min ton üzüm (artım 20,4%), 929,4 ton çay (artım 7%), 34,8 min ton günəbaxan (artım 42,6%), 6 min ton tütün (artım 4,4%), 237 min ton şəkər çuğunduru (azalma 20,9%), 295,3 min ton pambıq (artım 26,4%) yığılıb.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.**
X.Nəsirzadə