Avropa İttifaqı Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyini gözləyir. Bunu Avropa İttifaqının Bakıdakı səfiri Kestutis Yankauskas deyib.
“Seçkilər hər bir ölkə üşün təbii prosesdir, biz ümid edirik ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcək. Düşünürəm ki, yeni parlamentlə fəal işləyəcəyik”, - Yankauskas çərşənbə günü jurnalistlərə bildirib.
Aİ-nin səfiri həmçinin seçkilərə beynəlxalq müçahidəçilərin dəvətini yüksək qiymətləndirib.
“Azərbaycanın ATƏT və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) müşahidəçilərin seçkilərə dəvət olunması faktınımüsbət dəyərləndiririk. Müşahidəçilərin bir hissəsi artıq Bakıdadır, uzunmüddətli müşahidə aparırlar, qalanlar son bir neçə gündə gələcəklər”, - Yankauskas məlumat verib. **
Ə.Məmmədov