Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2020-ci ilin may ayında Avropa şirkətləri üçün Azərbaycana alıcı missiyası təşkil edəcək.
“Alıcı missiyası Almaniya, Polşa, Xorvatiya, Macarıstan və Avstriya bazarlarında fəaliyyət göstərən şirkətlər üçün təşkil edilir. Missiya şərab və spirtli içki sahələrini əhatə edir”, - AZPROMO-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Alıcı missiyasının tərkibinə 10 şirkətin nümayəndələri daxil ola bilər.
Alıcı missiyasının keçirilmə tarixi 16-21 maydır.
Missiyada iştirak etmək istəyən şirkətlər lazımi sənədləri martın 19-dək təqdim etməlidir.
Fonddan qeyd ediblər ki, alıcı missiyasında iştirak edən xarici vətəndaşların mehmanxana, beynəlxalq hava nəqliyyatı və daxili nəqliyyat (taksilər istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
Alıcı missiyası qeyri-neft məhsullarının alışı məqsədilə təşkil olunur. Missiyaya yalnız 10 nəfər daxil ola bilər, onların ölkədə qalma müddəti 6 gündən çox olmamalıdır. **
B.Rüstəmbəyov