Azərbaycan 2020-ci ildə rusiyalı turistlərin müəllif turları üçün MDB-də ən populyar istiqamətlərin reytinqində lider mövqeyini tutur.
TurStat turizm portalının reytinqinə əsasən, Bakı, Qobustan, Şəki və Qəbələyə müəllif turları rusiyalı turistlər arasında populyarlığa görə 3-cü yerdədir.
“Səfər turizminin ən populyar və sürətlə inkiaşf edən növlərindən olan müəllif turları turizmin ən populyar növlərindəndir. 5-15 nəfərlik kiçik qruplarla travel-bloger və travel-ekspertlərdən müəllif turları və ekskursiyalar xüsusilə populyardır”, - TurStat qeyd edir.
“Turistlər həftəlik müəllif turuna 1-1,5 min dollar sərf etməyə hazırdılar”, - turizm portalı məlumat verir.
Bildirilir ki, reytinqə Azərbaycanda istiqamətlərdən başqa Minsk, Minsk vilayəti (Nesvij) və Belarusda Vitebsk (Zdravnevo), Almatı və Almatı vilayıti, Qazaxıstanda Burabay vəAktau, Ermənistanda İrəvan, Sevan və Cermuk, Özbəkistanda Daşkənd, Buxara və Səmərkənd daxil olub. **
X.Nəsirzadə