Azərbaycanın müxtəlif regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanın əsas ideologiyası – müstəqillik, özünü təmin etməkdir. Mən, prezident kimi, Azərbaycanı özünü təmin edən, heç kəsdən asılı olmayan dövlətə çevirməyi qarşıma məqsəd qoydum. Digər sözlə desək, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu siyasi müstəqilliyin təməlidir”, - Əliyev çərşənbə günü Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrin məqsədləri və iqtisadi sistemlərin zəifliyi fərqlidir. “Çox əlverişli və cəlbedici coğrafi mövqeyimiz, enerji təhlükəsizliyini təmin edən təbii ehtiyatlarımız var. Qonşu və tərəfdaşlarla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır – biz heç kəsdən asılı deyilik. Beynəlxalq təşkilatlarda iştirakımız praqmatizm ilə əlaqədardır. Əgər bu bizə biznes üçün böyük imkanlar verirsə, sabitlik, təhlükəsizliyi artırırsa, o zaman bunu vacib hesab edirik. Bir sıra beynəlxalq assosiasiyaların üzvüyük, misal üçün Qoşulmama Hərəkatının”, - prezident əlavə edib. **
Ə.Məmmədov