2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyon 487 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 49,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $319 milyon 693,5 min (artım 1,7 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana $122 milyon 997,1 min dəyərində (artım 48,5%) 335,7 min ton şəkər xammalı və şəkər (artım 46,2%), $94 milyon 149,1 min dəyərində (artım 2,2%) 122,3 min ton bitki yağı (artım 14,5%), $48 milyon 963,4 min dəyərində (artım 8,6%) 12,54 min ton çay (artım 7,5%), $63 milyon 601,2 min dəyərində (artım 2,4%) 12,462 min ton kərə yağı və süd (artım 16,7%) idxal edilib.
Yanvar-noyabr aylarında respublikaya $25 milyon 297,6 min dəyərində (artım 10,9%) 8,011 min ton iribuynuzlu heyvan əti (artım 6,5%), $39 milyon 679,6 min dəyərində (artım 11,7%) 33,74 min ton quş əti və quş əti məhsulları (artım 7,8%) idxal edilib.
Yanvar-noyabr aylarında Azərbaycana $98 milyon 495,1 min dəyərində (artım 15,9%) 95,833 min ton meyvə (artım 1,1%), $9 milyon 268,4 min dəyərində (artım 19,9%) 17,426 min ton tərəvəz (artım 25,7%), $46 milyon 817,9 min dəyərində (artım 37,3%) 173,9 min ton kartof (artım 31,2%) idxal edilib.
Hesabat dövründə ölkədən $189 milyon 201,1 min dəyərində (artım 2%) 199,6 min ton tərəvəz (azalma 7%), $322 milyon 688,6 min dəyərində (artım 15,8%) 293 min ton meyvə (artım 9,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $26 milyon 396,7 min dəyərində (artım 13,9%) 60,925 min ton şəkər (artım 49,4%), $6 milyon 711 min dəyərində (azalma 20,5%) 7,506 min ton bitki yağı (azalma 23,3%) ixrac edilib.
Həmçinin yanvar-noyabr aylarında Azərbaycan $9 milyon 739,7 min dəyərində (аrtım 12,9%) 8,721 min ton meyvə və tərəvəz şirələri (artım 31,1%), $6 milyon 647,3 min dəyərində (azalma 5,6%) 490,3 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 20,4%), $8 milyon 311,1 min dəyərində (аrtım 17,6%) 6 min 392,2 ton meyvə və tərəvəz konservləri (artım 5%), $12 milyon 334,1 min dəyərində (artım 11,8%) 5,944 min ton tütün (artım 1,6 dəfə) ixrac edib.**
B.Rüstəmbəyov