Azərbaycan və Fransanın “SUEZ Group” şirkəti kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində fəaliyyət göstərə bilər.
Çərşənbə günü Davosda Azərbaycan prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Kamus şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verdi. O, həmçinin "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını prezidentə təqdim etdi”, - məlumatda qeyd olunur.
Tərəflər arasında kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində “SUEZ Group” ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı. **
N.Abbasova